Rusiyadan etiraf: “Başımızı qumun altında gizlədirik”
Bizi izləyin

Dünya

Rusiyadan etiraf: “Başımızı qumun altında gizlədirik”

Rusiya Federasiyası ABŞ-la soyuq müharibə vəziyyətindədir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov çıxış edib. O, Rusiyanın yeni hərbi bloklar yaratmaq fikrində olmadığını deyib:

“Məncə, biz ABŞ-la soyuq müharibə vəziyyətindəyik. Bu, Vaşinqtonun Moskvanın qarşısının alınması strategiyasının tətbiqindən sonra baş verib. Soyuq müharibənin klassik resepti təcridetmədir. ABŞ artıq bunu bizə elan edib. Ona görə başımızı qumun altında gizlətməyimiz lazım deyil. Avropa ilə bizim ticarətimiz 450 milyard dollardır. Avropanın bu işə qoşulması onun üçün sui-qəsddir. Moskva Qərbə qarşı heç bir qlobal hərbi blok yaratmağı nəzərdə tutmur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm