Tiflis çalxalanır: mədrəsəyə donuz başı asıldı - Video/Foto
Bizi izləyin

Dünya

Tiflis çalxalanır: mədrəsəyə donuz başı asıldı - Video/Foto

Qonşu Gürcüstanda dini zəmində növbəti gərgin anlar yaşanıb.

Axar.az-ın Frontnews.ge saytına istinadən verdiyi xəbərə görə, hadisə ölkənin turizm məkanlarından olan Kabuleti qəsəbəsi ərazisində baş verib. Lermontov-13 ünvanında yaşayan sakinlər Türkiyə vətəndaşının açmaq istədiyi mədrəsinin giriş qapısına kəsilmiş donuz başı asıblar.

Verilən məlumata görə, gürcülər həmin ərazidə mədrəsənin açılmasının qəti əleyhinə olublar və ən aşağılayıcı metoda əl atıblar. Rayon icra nümayəndəsi Sulxan Yevgenidze bildirib ki, dini məktəbin açılması üçün hər hansı razılıq verməyiblər. Əgər belə istək olarsa, məmnuniyyətlə müsbət cavab verəcəklər.

Öz növbəsində məsələyə kəskin münasibət bildirən müsəlman icmaları təmsilçiləri bunu tərbiyəsizlik adlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm