Rusiya qoşunlarının 70 faizi Ukraynanı tərk edib
Bizi izləyin

Dünya

Rusiya qoşunlarının 70 faizi Ukraynanı tərk edib

Ukrayna prezidenti Petro Poroşenko Rusiya qoşunlarının əksər hissəsinin Ukrayna ərazisindən çıxarıldığını deyib.

ANS PRESS-in məlumatına görə, Poroşenko hökumət iclasında deyib ki, "Bizim Baş Kəşfiyyat İdarəsinin son məlumatı: Rusiya Federasiyası qoşunlarının 70 faizi (Rusiya-Ukrayna) sərhədin qarşı tərəfinə çəkilib”.

Ukrayna liderinə əsasən bu, sülh təşəbbüslərinin yaxşı perspektivə malik olduğunu göstərir.

Avqustun sonunda Petro Poroşenko ölkənin şərqindəki döyüşlərdə Rusiya qoşunlarının iştirak etdiyini deyib.

Moskva üsyançılara hərbi dəstək verdiyi barədə Kiyev və Qərbdə səslənən ittihamları rədd edir.

Hökumət iclasında çıxış edən Petro Poroşenko deyib ki, Minskdə əldə olunmuş Klikləyinatəşkəs barədə razılaşmalar nə federallaşma nə də ki, şərqdəki ərazilərin ayrılmasını nəzərdə tutmur.

O, gələn həftə Donetsk və Luhansk əyalətlərinin xüsusi statusunu müəyyən edən qanun layihəsinin parlament müzakirələrinə çıxarılacağını deyib.

"Minsk protokolu, silahlıların müvəqqəti nəzarətində olan ərazilər də daxil olmaqla, Donbas boyu Ukrayna suverenliyinin bərpası və qorunmasını nəzərdə tutur. Bu ərazilərdə Ukraynanın qanuni məkanına qayıdacaq”, Poroşenko deyib.

Bu arada Donetsk və Luhansk liderləri müstəqilliyin tanınması tələbində qərarlı qaldıqlarını deyirlər.

"Ukraynada hər hansı qanunun qəbul olunmasının DNR-ə heç bir şəkildə dəxli yoxdur və bu, Ukraynanın daxili işlərinə aid bir məsələdir”, - Ukrayna ilə yaxşı qonşuluq əlaqələrinin qurulmasına ümid etdiyini deyən tanınmamış “Donetsk Xalq Respublikasının” baş naziri Andrey Purqin RİA Novosti agentliyinə bildirib.

Ukrayna hökumətinin iclasında çıxış edən Petro Poroşenko atəşkəs razılaşmasının imzalanmasını insanların həyatlaını qorumaq istəyilə izah edib. Onun sözlərinə görə Ukrayna qüvvələri hər gün onlarla döyüşçü itirirdi.

Ukrayna prezidenti hazırda qoşunların "hücum üçün yox, müdafiə məqsədilə" yenidən qruplaşmasının həyata keçirildiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm