Obama: ordu yeridilməyəcək (VİDEO)
Bizi izləyin

Dünya

Obama: ordu yeridilməyəcək (VİDEO)

ABŞ ordusu qondarma “İslam Dövləti” terrorçu təşkilatına qarşı mübarizədə İraqa yeridilməyəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ prezidenti Barak Obama öz çıxışında bildirib.

Onun sözlərinə görə ABŞ-ın İraqdakı əməliyyatlarına “Amerika quru qoşunu yeridilməyəcək ”.

O əlavə edib ki, terrorla mübarizə “aviasiyamızın istifadə edilməsi və müttəfiq qüvvələrə dəstək olmaqla” aparılacaq.

Çıxışında müttəfiq qüvvələr dedikdə ABŞ prezidenti “İD”ə qarşı olan Suriya müxalifətini də nəzərdə tutur. Lakin Suiyada olan müxalifət silahlı birləşmələrin silahla təmin edilməsini necə əldə edəcəkləri barədə Obama bir söz deməyib.

Bundan əlavə Barak Obama bildirib ki, ABŞ “İD” terrorçu qruplaşmasına qarşı mübarizədə böyük koalisiyaya rəhbərlik edəcək.

Bundan əvvəl ABŞ prezidenti Barak Obama təcili hərbi kömək üçün İraq dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar ayırıb.

Qeyd edək ki, Barak Obama təqribən bir saat sonra ABŞ-nin “İD” qruplaşmasına qarşı strategiyasını elan edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm