Dişi məhv edən əsas xəstəlik
Bizi izləyin

Dünya

Dişi məhv edən əsas xəstəlik

İndiki zamanda böyüklərdə dişlər kariyesdən daha çox paradontoz (yaşla əlaqədar diş ətinin geri çəkilməsi) və çənə sümüyünün geri çəkilməsi nəticəsində tökülür. Yeni araşdırmalar göstərir ki, paradontoz ürək xəstəlikləri, beyin infarktı, normadan aşağı çəkisi olan, vaxtından əvvəl doğuşlara gətirib çıxaran şəxslər üçün əhəmiyyətli dərəcədə risk faktorudur.

Bununla bağlı Axar.az-a danışan diş həkimi, əslən Cənubi Azərbaycandan olan Sia Tağızadə Azərbaycanda paradontologiya mütəxəsisinin az olduğunu bildirib. O, bu xəstəliyin yayılmasının əsas səbəbini vitamin çatışmazlığı və gigiyenik qaydalara riayət edilməməsi ilə əlaqələndirib:

“Bu xəstəliyin qarşısını almaq üçün sadəcə olaraq öncədən gigiyenik tədbirlər görülməlidir ki, xəstəlik inkişaf etməsin. Xəstəliyin nə dərəcədə ağır olması da əsas məsələdir. Əvvəlcə, həmin şəxsə qarqaralar və dərmanlar təyin olunur. Daha sonra isə lazım gəldikdə plastik əməliyyat aparılır. Bu xəstəlik zamanı dişlər laxlayır, ağızdan pis qoxu gəlir, mədə-bağırsaq traktı pozulur, çənə sümüklərinin atrofiyası kimi ağırlaşmalar olur”.

Sia Tağızadə paradontoz xəstəliyinin müalicəsi üçün C vitamini qəbul etməyin məsləhətli olduğunu deyib:

“Mən C vitamini və gigiyenik qaydalara əməl eləməyi məsləhət görürəm. C vitaminini ən çox bibər, portağal, apelsin, kivi, limon kimi meyvələrdən qəbul edə bilərlər. C vitaminin sintetik dərman kimi kimyəvi tərkibli preparatı da var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm