Dünya
İŞİD-dən ən çox qorxan ölkə
İtaliya daxili işlər naziri Ancelino Alfano maraqlı
açıqlama ilə gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, İtaliya daxili işlər naziri Ancelino
Alfano parlamentin aşağı palatası nümayəndələri ilə keçirdiyi
görüşdə ölkəsinin terrorçuların ilk hədəfləri sırasında olduğunu
bildirib.
“Xristiyanlığın beşiyi olaraq, İtaliya və paytaxt Roma İŞİD terror
qruplaşması üçün ilk hədəfləri sırasında olmalıdır” – deyə nazir
çıxışında vurğulayıb.
Ölkələrinə qarşı nəzərdə tutulmuş hər hansısa bir terrorçu
fəaliyyətinə rast gəlmədiyini dilə gətirən Alfano, İtaliyaya Aralıq
dənizi vasitəsilə Afrikadan gələn miqrantların arasında İŞİD
terrorçularının da ola biləcəyinə diqqət çəkib. O, ölkədəki bütün
dini fəaliyyətlə məşğul olan yerlərə nəzarəti artırdıqlarını
bildirib.
İŞİD silahlılarının 10-100 min arası sayı olduğunu qeyd edən nazir,
təkcə İtaliyadan 48 nəfərin İraq və Suriyaya döyüşmək üçün
getdiyini və onlardan 2-nin italiyalı olduğunu söyləyib.
Qeyd edək ki, bundan əvvəl İngiltərəli bəzi rəsmilər ölkədə İŞİD
terrorçularının hər hansısa bir fəaliyyətinin ola biləcəyindən
narahatlıq duyduqlarını bildirmişdilər.
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər