26 əsir geri qaytarıldı
Bizi izləyin

Dünya

26 əsir geri qaytarıldı

Ukrayna prezidenti Petro Poroşenko öz “tvitter” səhifəsində 26 hərbiçinin azad edilməsi barədə yazıb.

ANS PRESS-in məlumatına görə, “İndicə mənə deyiblər ki, Qorlovkada olan 6 əsir və Donetskdə 20 hərbiçi azad edilib”- deyə Poroşenko yazıb.

Hərbiçilərin azadlığa buraxılmasının şərtləri və şəraiti barədə Prezident heç nə qeyd etməyib.

Daha öncə Ukraynanın silahlı qüvvələrinin rəhbərliyi bəyan etmişdi ki, Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq 648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500 hərbi qulluqçunun azad olunması üzrə iş gedir.

Bazar ertəsi isə Ukrayna prezidenti 1200 əsgərin azad olunduğunu bəyan edib, amma əslində Ukraynanın hərbi idarəsində aydınlaşdırıldığı kimi bu saydan yarısı-648 nəfər buraxılıb.

Separatçılar Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün olduğunu bəyan edirlər.

Bir həftə əvvəl razılaşdırılmış barışığın şərtlərinə əsasən, bütün girovlar azad olunmalıdırlar.

Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq ümumilikdə və bütövlüklə riayət edir.

Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib və separatçıları razılaşmaları pozmaqda ittiham edib.

Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı hərbçi həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm