“İŞİD ABŞ-a girəcək”
Bizi izləyin

Dünya

“İŞİD ABŞ-a girəcək”

Amerika Birləşmiş Ştatları (ABŞ) nümayəndələri İŞİD terror qruplaşması silahlıları ilə bağlı şəxslərin ölkənin cənub sərhədindən girmə planları olduğu barədə kəşfiyyat məlumatı əldə etdiklərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, senatda məsələ ilə əlaqdar olaraq senatorlar qarşısında çıxış edən Milli Təhlükəsizlik Departamentinin kəşfiyyat və analiz üzrə nümayəndəsi Fransis Teylor açıqlamasında, İŞİD dəstəkçilərinin “Tvitter” və “Facebook” yazışmalarını izlədikdən sonra onlar bu qənaətə gəldiklərini bildirib.

Teylor çıxışında bunun ölkənin milli təhlükəsizliyi üçün bir hədə hesab etdiyini və sərhəd təhlükəsizlik xidmətinin bunun qarşısını ala biləcək bir gücə sahib olduğunu vurğulayıb.

Senator MakKeyn də çıxışı zamanı belə bir təhlükənin olma ehtimalından söz açıb.

Qeyd edək ki, amerikan kəşfiyyatçılar bundan əvvəl də ABŞ-ın İraqda hava hücumlarına cavab olaraq, terror təşkilatının müxtəlif terror aktları törətmək ehtimalının olduğunu açıqlamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm