Obama İraqa 475 hərbçi göndərir (VİDEO)
Bizi izləyin

Dünya

Obama İraqa 475 hərbçi göndərir (VİDEO)

ABŞ prezidenti Barak Obama Amerikanın Yaxın Şərqdə İŞİD qruplaşmasına qarşı genişləndirilmiş hərbi planlarını açıqlayır.

Prezident Obama Amerika xalqına müraciətdə ekstremist qrupun ABŞ-ın milli təhlükəsizliyii üçün yaratdığı təhlükələrdən və bu hədələrə qarşı mübarizə strategiyasından bəhs edir.

Çıxışında Obama qeyd edir ki, ABŞ İraqa daha 475 hərbi məsləhətçi göndərəcək.

Telemüraciəti zamanı o əlavə edib ki, terroçu təşkilat “İslam Dövləti” mövqelərinə Suriya ərazisində aviazərbələrin endirilməsini istisna etməyib.

“Mən aydın şəkildə çatdırdım, biz ölkəmizi təhdid edən terroçuları harada olmalarına baxmayaraq, təqib edəcəyik. Bu o deməkdir ki, mən İraqda olan İŞİD-ə qarşı hərbi tədbirlərə qərarları tərəddüd etmədən Suriyada olanlar üçün də verəcəm”- deyə prezident bildirib.

“Bu, mənim prezidentliyimin təməl prinsipidir: Əgər siz Amerikanı təhdid edirsinizsə, təhlükəsiz sığınacaq tapa bilməyəcəksiniz.

Obama İŞİD məsələsinin BMT TŞ-nin gündəliyinə gətirəmək niyyətlidir. “Müttəqfiqlərlə birgə işləyərək, biz səyləri ikiyə qaldıracağıq ki, İŞİD-in maliyyə dəstəyinin qarşısını alaq, kəşfiyyat fəaliyyətimizi yaxşılaşdıraq, müdafiəni gücləndirək, qruplaşmanın təhrif olunmuş idealogiyasının qarşısın alaq və Yaxın Şərqdən əcnəbi döyüşçülərin axınının qarşısını alaq. İki həftədən sonra mən bu səylər ətrafında beynəlxalq ictimaiyyəti birləşdirmək üçün BMT Təhlükəsizlik Şurasının iclasında sədrlik edəcəyəm”.

Daha əvvəl prezidentin bildirmişdi ki, ABŞ-ın İraqdakı əməliyyatlarına Amerika quru qoşunu yeridilməyəcək. O əlavə etmişdi ki, terrorla mübarizə aviasiyamızdan istifadə olunaraq və müttəfiq qüvvələrə dəstək olaraq aparılacaq. Eləcə də Barak Obama bildirib ki, ABŞ İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə böyük koalisiyaya rəhbərlik edəcək.

ABŞ prezidenti Barak Obama artıq təcili hərbi kömək üçün İraq dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar ayırıb. /anspress.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm