Poroşenko Merkellə danışdı
Bizi izləyin

Dünya

Poroşenko Merkellə danışdı

Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel telefon danışıqları zamanı Ukraynanın Avropa inteqrasiyası zamanı növbəti addımlarını müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının saytında qeyd edilir.

“Petro Poroşenko və Angela Merkel danışıqlarını Ukraynanın avropa inteqrasiyası yönündə növbəti addımları, xüsusən Ukrayna və Aİ arasında assosiasiya haqqında sazişin həyata keçirilməsi yönündə aparıblar” - deyə məlumatda bildirilir.

Poroşenko və Merkel eləcə də 5 sentyabrdan tətbiq olunan atəşkəs rejimi fonunda Donbasdakı vəziyyət barədə də müzakirə aparıblar. Ukrayna prezidenti müvafiq monitorinqin və ATƏT tərəfindən atəşkəsin yoxlanılmasının, əsirlərin qaytarılmasının vacibliyini qeyd etdi.

Xatırladaq ki, bəyan olunmuşdu ki, Ukraynanın şərqində separatçılar barışığın şərtlərinə uyğun olaraq 648 əsir götürülmüş ukraynalı əsgəri azad edib və daha 500 hərbi qulluqçunun azad olunması üzrə iş gedir.

Bazar ertəsi isə Ukrayna prezidenti 1200 əsgərin azad olunduğunu bəyan edib.

Separatçılar isə Ukrayna hərbçilərinin girovluğunda 311 döyüşçünün olduğunu bəyan edirlər.

Atəşkəsin şərtlərinə əsasən, bütün girovlar qeyd-şərtsiz azad olunmalıdırlar.

Rəsmi şəxslər iddia edirlər ki, tərəflər barışığa yerli toqquşmalar və atışmalar haqda ortaya çıxan məlumatlara baxmayaraq bütövlüklə riayət edirlər.
Bu arada Ukrayna müdafiə nazirliyinin təmsilçisi Andrey Lısenko Donetsk və Luqansk regionunda vəziyyətin gərginləşdiyini bəyan edib və separatçıları razılaşmaları pozmaqda ittiham edib.

Qeyd edək ki, barışıq elan olunduğu cümə günündən beş ukraynalı hərbçi həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm