• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Yanukoviçin kadrlarına Kiyevdən “qırmızı kart”

  • Dünya
  • 11 Sentyabr 2014 10:10
  • 483 Baxış
Yanukoviçin kadrlarına Kiyevdən “qırmızı kart”

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç dövründəki bütün kadrlar rəhbər vəzifələrdən tədricən uzaqlaşdırılır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti müdafiə naziri Valeriy Qeletey tərəfindən Müdafiə Nazirliyinin rəhbər postlarına təklif olunan şəxslərin təyinatına veto qoyub.

Həmin şəxslərin məhz V.Yanukoviç dövründə işlədiyi bildirilir. Nazirlər Kabinetinin dünən keçirilən iclasında Müdafiə Nazirliyinin rəhbər postlarına irəli sürülən namizədlərin təyinatı məsələsinə baxılıb. Nazir müavini postlarından biri daha əvvəllər bu postu tutmuş İvan Rusnaka tapşırılıb.

Müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq məsələləri üzrə müavininin təyinatı ilə bağlı problemlər yaranıb. Bu posta müdafiə naziri V.Qeletey tərəfindən Vladimir Omelyançuk təklif edilmişdi. Məlumata görə, o, V.Yanukoviçin prezidentliyi dövründə Müdafiə Nazirliyinin aparat rəhbəri vəzifəsini tutub. Nazirlər Kabinetinin rəhbərliyi V.Omelyançukun namizədliyini qətiyyətlə rədd edib və onu Müdafiə Nazirliyinin əmlakını oğurlayan cinayətkar hakimiyyətin nümayəndəsi adlandırıb. Beləliklə, V.Omelyançukun namizədliyinin müzakirəsi gündəlikdən çıxarılıb.

Qeyd edək, Müdafiə Nazirliyində ən yüksək postlara namizədlərin irəli sürülməsi əvvəlcədən prezident, ölkənin Ali Baş Komandanı ilə razılaşdırılır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR