İki həftə sonra müharibə başlayacaq
Bizi izləyin

Dünya

İki həftə sonra müharibə başlayacaq

İsrail-Fələstin müharibəsi yenidən başlaya bilər.

HƏMAS liderlərindən olan İsmayıl Haniyə bildirib ki, sentyabrın 25-dək Qəzzanın blokadası aradan götürülməsə, müvəqqəti sülhə son qoyulacaq. HƏMAS yenidən İsrail ərazilərini raket atəşinə tutacaq.

Ekspertlər hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırırdılar. Amma heç kim bunun bu tezliklə baş verəcəyini gözləmirdi. Axı sülh sazişinin bağlanmasının heç bir ayı tamam olmayıb. HƏMAS son münaqişə zamanı xeyli itki verib. Bunu cəmi bir ay ərzində kompensasiya etmək mümkün deyil. Hər halda, HƏMAS-ın yenidən tunellər qazdığı və Qəzzaya silah daşıması haqda məlumatlar artır.

Bəs HƏMAS niyə yenidən müharibəyə can atır?

Məsələ ondadır ki, problemin tam həlli və atəşkəsə nail olunması istiqamətində danışıqlar yarımçıq qalıb. Fələstin Muxtariyyətində ikihakimiyyətlikdir. Mahmud Abbasın başçılıq etdiyi FƏTH-in HƏMAS-la ciddi fikir ayrılığı var.

FƏTH, HƏMAS-ın Qəzzada aeroport və liman tikmək fikrinə qarşı çıxır. Bəzən Mahmud Abbas düşündüklərini birbaşa ifadə etmir. Çünki özü də HƏMAS-dan qorxur. Ona qarşı bir neçə dəfə sui-qəsdin hazırlandığı barədə məlumatlar var.

Görünən odur ki, hazırda Qəzzada bütün hakimiyyət HƏMAS-ın əlindədir. FƏTH üzvləri isə təqib edilirlər.

Öz növbəsində HƏMAS da FƏTH-in birbaşa üzərinə gedə bilmir. Mahmud Abbasla savaşsa, bütün ərəb dünyası onları boykot edəcək. Bununla da, HƏMAS müsəlman dünyasında olan-qalan dayaqlarını itirəcək.

Odur ki, HƏMAS diqqəti daxili siyasətdən yayındırmaq üçün yenidən ənənəvi düşmən – İsrail üzərinə yeriyə bilər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm