• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Morqda dirilən terrorçuya ömürlük həbs

  • Dünya
  • 4 Fevral 2014 17:40
  • 503 Baxış
Morqda dirilən terrorçuya ömürlük həbs

2012-ci ildə Bingöldə təhlükəsizlik işçilərinə qarşı silahlı insidentdə girən PKK üzvünə hökm oxunub.

Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, əlində bomba partlayaraq sağ qolunu itirən 23 yaşlı Civan Boltanın öldüyünü zənn edərək morqa aparıblar. Civanın morqda sağ olduğu məlum olub.

Təhlükəsizlik işçiləri ilə terrorçular arasında atışmada 2 əsgər, 1 güvənlik işçisi şəhid olub. 12 əsgər yaralanıb. 6 terrorçu ölü olaraq ələ keçib. Civanın isə bir qolu qopub. Öldüyü güman olunaraq morqa aparılan terrorçunun yaşadığı məlum olub.Müalicədən sonra isə Civan həbs olunub. Haqqında 3 ayrı iddianamə hazırlanaraq Diyarbakır Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Terrorçu iddiaları rədd edərək deyib: "Məhkəmənizi tanımıram. Burda boş- boşuna cinayət işi açılıb. Məhkəmədən çıxmaq istəyirəm".

Qərarı açıqlayan məhkəmə müttəhim Boltana "Dövlətin birliyi və ölkə bütövlüyünü pozmağa cəhd etmək" cinayətindən ağırlaşdırılmış omürlük həbs cəzası verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR