Gürcüstan müsəlmanlarının müftisindən xəbərdarlıq: "Dini qarşıdurma başlaya bilər"
Bizi izləyin

Dünya

Gürcüstan müsəlmanlarının müftisindən xəbərdarlıq: "Dini qarşıdurma başlaya bilər"

Gürcüstan müsəlmanlarının müftisi dini zəmində qarşıdurmanın başlanması ilə bağlı xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, Camal Paksadze Gürcüstanın baş nazirini, parlamentin sədri və hüquq mühafizə orqanlarını Kobuletidə baş vermiş hadisəyə reaksiya verməyə çağırıb.

Onun sözlərinə görə, bu fakt Gürcüstanın müsəlmanlarını təhqir edilməsini sübut edir:

"Donuzun başı asılan qapı təhsil müəssisəsinin qapısıdır. Orada uşaqlar oxuyurlar. Hər gün onlar üçün dini dərslər keçirilir. Qeyd etmək lazımdır ki, bu fakt vətəndaşların dini hislərini təhqir edir. Şəxsən mən Gürcüstanın Patriarxının otağında dua edirdim və o mənə tez-tez deyirdi ki, onun atası müsəlmanlara şəxsi evində Allaha dua etməyə icazə verirdi".

Xatırladaq ki, Kobuleti şəhərində dini zəmində qarşıdurma başlayıb. Yerli sakinlər donuz başını mədrəsələrdən birinin qapısından asıblar.

Yerli sakinlərin məlumatına görə, Türkiyə vətəndaşı məhz bu binada mədrəsə açmağı planlaşdırırdı.

Buna etiraz edən aksiya iştirakçıları nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Batumi və Kobuleti arasındakı mərkəzi magistralda nəqliyyatın hərəkəti bir müddət dayanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm