Bu ölkədə 1 milyon adam intihar edib
Bizi izləyin

Dünya

Bu ölkədə 1 milyon adam intihar edib

Dünyada ən çox intihar edən ölkələr sırasında yer alan Rusiyada son 20 ildə 1 milyondan çox insan intihar edib.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin rəsmisi Boris Polojni Rusiyanın intihar edən ölkələr siyahısında 10-cı sıradan 14-ə gerilədiyini açıqlayıb.

O, intiharların azaldığını desə də, problemlərin həll edilməyəcək şəkildə ciddi olduğunu bildirib. Polojni Şimali Qafqaz ilə Mərkəz bölgələrində vəziyyətin nisbətən yaxşı olduğunu açıqlayıb.

Rusiyada kişilər qadınlara nisbətən 5 qat daha çox intihar yolunu seçirlər. Sibir və Uzaq Şərqdə hər yüz min adamdan 30-u, Tula və Çukot kimi bölgələrdə isə 60-ı intihar edir.

Rusiyada hər yüz min gəncdən 16-ı intihar edir. Gənclərin intihar etməsinə səbəb isə ailə daxili problemlər və pis vərdişlər göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm