Kerri İŞİD üçün Ankaraya gəlir
Bizi izləyin

Dünya

Kerri İŞİD üçün Ankaraya gəlir

ABŞ dövlət katibi Con Kerri 12-13 sentyabr tarixlərində Türkiyəyə səfər edəcək.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kerri iki gün davam edəcək səfərdə İŞİD terror təşkilarına qarşı qurulacaq koalisiya üçün Ankaradan dəstək istəyəcək.

ABŞ dövlət katibinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulur.

Sentyabrın 8-də ABŞ müdafiə naziri Çak Hegel də Ankaraya səfər etmiş və Türkiyə tərəfi ilə İŞİD-ə qarşı ortaq mübarizə yolları müzakirə olunmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm