Üzvləri iqtidarda, sədr isə müxalifətə keçir
Bizi izləyin

Dünya

Üzvləri iqtidarda, sədr isə müxalifətə keçir

Yuliya Timoşenko növbəti parlament seçkilərində müxalifətdə yer alacaq.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidentinin məsləhətçisi Oleq Medvedyev çıxış edib. O, həmçinin bir zamanlar hakimiyyətdə olmuş Regionlar Partiyasının gələcəyinə inanmadığını bildirib:

“Onların dövrü artıq sona çatıb. Onlar Donbasdakı vəziyyəti on illərdir hazırlayıblar. Məncə, onlar heç beş faizlik baryeri də keçməyəcəklər”.

Qeyd edək ki, Yuliya Timoşenkonun rəhbəri olduğu Batkivşina Partiyası hazırda hökumətdə əsas vəzifələri bölüşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm