Avropa Rusiyanın neft yataqlarını tərk edir
Bizi izləyin

Dünya

Avropa Rusiyanın neft yataqlarını tərk edir

Rusiya Federasiyasına qarşı yeni sanksiyalar çərçivəsində Avropa Birliyi Arktika və Rusiyada şist yataqlarının işlənməsi, eləcə də neftçıxartma üzrə xidmətlərin göstərilməsini dayandırmağa qərar verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının bəyanatında deyilir.

Bəyan edilib ki, Avropa Birliyinin əlavə sanksiyaları 12 sentyabrda “Rəsmi jurnalda” dərc olunduqd an sonra qüvvəyə minəcək.

Yeni sanksiyalar Rusiyanın dövlət neft şirkətlərini də əhatə edəcək. Sənəd qüvvəyə mindikdən sonra “Rosneft” başda olmaqla, Rusiyanın digər neft şirkətlərinin Avropadan borc almasını çətinləşəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm