ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları qəbul edir. Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti BarakObama bildirib. Sanksiyaların detalları sabah açıqlanacaq.

“Biz Avropa İttifaqına qoşuluruq və Ukraynadakı qanunsuz hərəkətlərinə cavab olaraq Rusiyaya qarşı Avropa İttifaqı ilə uyğunlaşdırılmış sanksiyalarımızı intensivləşdiririk. Biz Rusiyanın maliyyə, energetika və müdafiə sektoruna qarşı sanksiyaları genişləndirəcəyik. Bu sanksiyalar Rusiyanın siyasi baxımdan təcridini sürətləndirəcək və xüsusilə prezident Putin üçün əhəmiyyətli olan sahələrə təsir edəcək”, - ABŞ prezidentinin bəyanatında deyilir.

ABŞ prezidenti Rusiyanı Ukraynaya ağır silahla təchiz edilmiş hərbi qruplaşmaları göndərməkdə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm