• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ Rusiya ilə birgə təlimləri ləğv etdi

  • Dünya
  • 11 Sentyabr 2014 23:37
  • 427 Baxış
ABŞ Rusiya ilə birgə təlimləri ləğv etdi

ABŞ və Kanada Rusiya Federasiyası ilə birgə Alyaskada keçirilməsi nəzərdə tutulan hərbi təlimləri ləğv edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Şimali Amerika qitəsinin (NORAD) hava-kosmik müdafiəsi birləşmiş komandanlığının nümayəndəsi bildirib.

Hərbi təlimlərin payızda keçirilməsi nəzərdə tutulurdu. “Vigilant Eagle” (“Ayıq qartal") adlanan hərbi-hava güclərinin təlimləri regionda 2007-ci ildən avqustda və ya sentyabr aylarında keçirilir.

NORAD-ın nümayəndəsi bildirib ki, Ukraynadakı vəziyyətə görə hərbi təlimlərin, ən azı, 2014-cü ildə keçirilməsi mümkün olmayacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR