• USD 1,7475 0,00% EUR 1,8466 -0,13%
    • GBP 2,1720 -0,98% RUB 0,0301 -0,66%

Almaniya İŞİD-ə qarşı əməliyyatda iştirak etməyəcək

  • Dünya
  • 12 Sentyabr 2014 00:45
  • 505 Baxış
Almaniya İŞİD-ə qarşı əməliyyatda iştirak etməyəcək

Almaniya İraq və Suriyada geniş əraziləri zəbt etmiş “İslam Dövləti” terrorçu qruplaşmalarının mövqelərinə hava zərbələrində iştirak etməyəcək.

Bu barədə Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Frank-Vallter Ştaynmayerin N-24 telekanalının efirindəki səsləndirdiyi çıxışı Ria Novosti agentliyi yayıb.

Axar.az xəbər verir ki, Ştaynmayer bunun səbəbi kimi Almaniyadan İŞİD-ə qarşı hava hücumunda iştirak xahişi edilməməsini əsas göstərib: “Bu barədə bizdən xahiş etməyiblər və bizim də belə bir niyyətimiz yoxdur”.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Barak Obama terrorçu qruplaşmalara qarşı strategiya ilə bağlı çıxış edib. Amerika liderinin çıxışının ən əsas məqamı artıq üç ildən çoxdur ki, vətəndaş müharibəsi ocağına çevrilmiş Suriya ərazisinə də aviazərbələr endirəcəyi hədəsi olub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR