İŞİD-in fahişəxanalarına bu qadınlar başçılıq edir - FOTO
Bizi izləyin

Dünya

İŞİD-in fahişəxanalarına bu qadınlar başçılıq edir - FOTO

Böyük Britaniya vətəndaşı olan qadınlar İŞİD terrorçu qruplaşmasının üzvləri üçün nəzərdə tutulan fahişəxanalara rəhbərlik edirlər.

ANS PRESS-in məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazır.

Xəbərə görə, oğurlanmış minlərlə iraqlı qadın İŞİD terrorçularına intim xidmətlər göstərməyə məcbur edilirlər.

Həmin qadınlar Böyük Britaniya vətəndaşı Aysa Mahmudun rəhbəri olduğu «Əl-Xanssa» qruplaşması tərəfindən oğurlanaraq İŞİD üzlərinə xidmət edən fahişəxanalara gətirilirlər. «Əl-Xanssa»nın 60-a yaxın qadın üzvü bu yaxınlarda Yaxın Şərqə gediblər. Onların hamısı Britaniya vətəndaşıdır.

İngiltərə polisi artıq hərəkətə keçib. Polis 20 yaşlı Aysa Mahmudun həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm