“Türk girovlar azad olunsun!”
Bizi izləyin

Dünya

“Türk girovlar azad olunsun!”

Ağ Evin sözçüsü Coş Ernest İŞİD-ə qarşı aparılan mübarizədə necə bir təsir göstərməsi barədə Türkiyənin özlərinin qərar verəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, gün ərzində keçirilən brifinqdə Ağ Evin sözçüsü jurnalistlərin bir sıra suallarını cavablandırıb. Onlardan biri Coş Ernestə verdiyi sualda İŞİD-in əlində girov saxlanılan diplomatların taleyinə də toxunub.

“Həmin girovların dərhal sərbəst buraxılması və sağ-salamat evlərinə qayıtmalarına imkan yaradılması çağırışımızı bird aha təkrarlayırıq. ” – deyə Ernest bildirib.

Bundan başqa, ABŞ dövlət departamentinin sözçüsü Mari Harf da gün ərzində keçirdiyi brifinqdə Türkiyənin bu prosesdə oynadığı roldan söz açıb.

"Əlbəttə ki, hər ölkə bu prosesdə nə edəcəyinə, nəyə imza atacağına özü qərar verir, rolunu özü dəyərləndirir. Türkiyə terrorla mübarizədə vacib və bizim üçün yox yaxın bir müttəfiqdir." - deyə Harf bildirib.

Xatırladaq ki, İŞİD terror təşkilatı 49 türk diplomatını iyunun 11-də İraqda girov götürmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm