Dünya
2 milyon insan terrorçuların əlində
Nigeriyada 2 milyon əhalisi olan şəhər terrorçuların
əlinə keçə bilər.
Publika.az-ın məlumatına görə, “Boko Haram” yaraqlıları Nigeriyanın
Borno ştatının paytaxtı Mayduquri şəhərini mühasirəyə alıb və
istənilən vaxt 2 milyonluq şəhər hücuma məruz qala bilər.
Ştatın ağsaqqallar şurası Nigeriya ordusunu Mayduquri şəhərini
qorumağa çağırsa da, hərbiçilər bildiriblər ki, şuranın müraciəti
təşviş salmaqdan başqa bir şey deyil.
Xatırladaq ki, bundan əvvəl quldurluq və insan alveri, terror ilə
məşğul olan özlərini müsəlman adlandıran “Boko Haram” qruplaşması
qondarma “İslam Dövləti” qruplaşmasının xilafət elanından sonra
şəhərlərə hücumlar təşkil edərək fəaliyyət növlərini dəyişiblər.
Mayduquri ətrafında bir neçə yaşayış məskəni ələ keçirən terrorçu
qruplaşma da qondarma “Xilafət” elanından çəkinməyib.
Bu arada Nigeriya hakimiyyəti ölkənin şimalında yerləşən Borno,
Yobe, Adamava ştatlarında hələ keçən ildən fövqəladə vəziyyət elan
etsə də müqavimətçilərin hücumlarının qarşısını hələ də ala
bilməyiblər. /anspress.com/
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."