Türk nazir ingilisləri dəli etdi
Bizi izləyin

Dünya

Türk nazir ingilisləri dəli etdi

Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin açıqlaması ingilisləri narahat edib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız “Türkiyə enerji zirvəsi”ndə çıxış edərkən Şimali İraqdan 16-cı tanker yüklədiklərini və 11.2 milyon barelin göndərdiklərini söyləyib.

Siyasi sərhədlər sabit qalsa da, iqtisadi sərhədlərin genişləyəcəyini vurğulayan Taner Yıldız hər gün Kərkük-Yumurtalıq boru xəttindən Ceyhana təxminən 100 min barel xam neft ötürüldüyünü və hazırda anbarlarda 250-300 min barel xam neft olduğunu bildirib.

Nazirin bu açıqlaması dünya mətbuatının diqqətini çəksə də, ingilis mətbuatı narahatlıq duymağa başlayıb və bunu xəbər manşetlərində göstərməyə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm