Yeni baş nazirdən gözlənilməz qadağa
Bizi izləyin

Dünya

Yeni baş nazirdən gözlənilməz qadağa

İraqın baş naziri Heydər əl-İbadi hökumətdə gözlənilməz qadağa irəli sürüb.

ANS PRESS-in məlumatına görə, İraq baş nazirliyindən verilən açıqlamada Heydər əl-İbadinin hökumət binaları, dövlət qurumları, hərbi müəssisələr və təhlükəsizlik idarələrində şəkillərinin asılmasına qadağa qoyub.

Bundan başqa, yeni baş nazir əl-İbadi yazışmalarda istifadə edilən “cənab” kəliməsini də istifadə etməyə qadağa qoyub, bunun əvəzində sadəcə baş nazir adı və öz adının işlədilməsi qərarın verib.

Qeyd edək ki, İraqda yüksək hökumət idarələrində işləyənlərə “ulu, uca, cənab” kimi müraciətlərdən istifadə olunur və baş nazirin şəkli isə rəsmi qurumlarda divardan asılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm