ABŞ İŞİD ordusunun sayını açıqladı
Bizi izləyin

Dünya

ABŞ İŞİD ordusunun sayını açıqladı

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi deyir ki, Yaxın Şərqə "İslam dövləti"nin İraq və Suriya ərazisində 20 000 -31 500 arası döyüşçüsü var.

Mərkəzi Kəşfiyyat İdarəsinin sözçüsü Ryan Trapani sentyabrın 11-də deyib ki, yaraqlıların sayının belə artması onların iyundakı uğurlu döyüşlərinin nəticəsidir.

İS döyüşçülərinin bundan qabaq sayı təxminən 10 min olub.

Sentyabrın 10-da ABŞ prezidenti xalqa müraciətində Suriyada və İraqda minlərlə müsəlman və müsəlman olmayan şəxsləri öldürən İD-in kökünü kəsəcəyini bildirib ("Azadlıq" radiosu).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm