Poroşenko: “Bu, bizə şəhərləri qorumağa imkan verir”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu, bizə şəhərləri qorumağa imkan verir”

Dünən separatçıların əlində olan daha 36 ukraynalı hərbçi azad edilib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “facebook” səhifəsində yazıb.

“Dünən daha 36 Ukrayna hərbçisi azad edilib. Sülh şərtləri bizə uşaqlarımızı azad etməyə, ordunu möhkəmləndirməyə, güclü müdafiə xətti inşa etməyə və şəhərləri qorumağa imkan verir”, - Poroşenkonun xəbərində deyilir.

İTAR-TASS xəbər agentliyinin məlumatına görə, xəbəri qarşı tərəflə - separatçılarla dəqiqləşdirmək mümkün olmayıb. Həmçinin ukraynalı hərbçilərin azad edilməsi qarşılığında nə qədər separatçının azad olunması barədə informasiya yoxdur.

Bundan əvvəl isə Ukrayna prezidenti Nazirlər Kabinetinin genişləndirilmiş iclasında qeyd edib ki, atəşkəs barədə razılaşmanın imzalanmasından bu yana təxminən 700 hərbi qulluqçu azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm