“Turqut Özalı həyat yoldaşı və oğlu öldürüb” - ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Turqut Özalı həyat yoldaşı və oğlu öldürüb” - ŞOK İDDİA

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümündə oğlu və həyat yoldaşı Səmra Özalın şübhəli olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Turqut Özalın müəmmalı ölümü ilə bağlı daha bir iddia irəli sürülüb. Məlumata görə, Semra Özal və oğlu Ahmet Özalın, Turqut Özalın şübhəli ölümü ilə bağlı məhkəmə qərarı ilə 19 dəfə dinləniliblər. Hazırda faktla bağlı açılmış cinayət işində isə ana və oğlunun adı prezidentin ölümündə şübhəli şəxs qismində keçir.

Xatırladaq ki, Türkiyənin toksikologiya üzrə tanınmış mütəxəssisi, professor Sevil Atasoy Özalın yüksək miqdarda dərman verilərək öldürüldüyünü bildirib:

“Özalın zəhərlənmədiyini bildirmək yanlış olardı. O, dərman vasitəsilə zəhərlənərək öldürülüb”.

Professorun fikrincə, Özalın qəbul etdiyi dərman xüsusi üsulla hazırlanıb, satışda olmayıb. S.Atasoy Özalın ölümü ilə bağlı əlində kifayət qədər faktlar topladığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin sabiq prezidenti Turqut Özalın ölümündən 21 il ötür. Mərhumun zəhərlənərək öldürülməsində şübhəli bilinən genereal Ləvənt Ersöza qarşı cinyət işi isə hələ də davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm