Dövlət dumasının 5 deputatı “qara siyahı”da
Bizi izləyin

Dünya

Dövlət dumasının 5 deputatı “qara siyahı”da

Avropa Birliyi Rusiya vətəndaşı olan fiziki şəxslərin yer aldığı sanksiyalar siyahısını genişləndirib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə məlumat Avropa Birliyinin “Rəsmi jurnal”ında açıqlanıb.

Siyahıya Dövlət Dumasının deputatları Svetlana Jurova, Nikolay Leviçev, İvan Melnikov, İqor Lebedev və Aleksandr Babakov daxil edilib. Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası” separatçı qurumun lideri Aleksandr Zaxarçenko da “qara siyahı”ya salınıb.

Ümumilikdə “qara siyahı”ya 24 şəxsin adı əlavə olunub.

Avropa Birliyindən sonra ABŞ-ın da yeni sanksiyaları açıqlayacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm