Əl-Nüsrə Cəbhəsi BMT əsgərlərini azad etdi – VİDEO
Bizi izləyin

Dünya

Əl-Nüsrə Cəbhəsi BMT əsgərlərini azad etdi – VİDEO

Nüsrət Cəbhəsi (Əl-Nüsrə - red) dünən “Tvitter” sosial şəbəkəsində və “Youtube” videopaylaşım saytında paylaşdığı videoda əsir götürdüyü BMT (Birləşmiş Millətlər Təşkilatı) əsgərlərini azad etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, avqustun 28-də Qolan təpələrinin Suriya tərəfində Nüsrət Cəbhəsi tərəfindən qaçırılan 45 BMT əsgəri azad edilib.

Xatırladaq ki, Suriyanın Qolan təpələrində 45 BMT əsgərini əsir götürən Əl-Nüsrə terror təşkilatı onları azad etmək üçün şərtlərini açıqlayıb.

Hələ də müzakirələr aparan tərəflər ortaq məxrəcə gələ bilməyib. Amma Əl-Nüsrə adından müzakirələrə qatılan heyətin açıqlama verdiyi iddia olunur. İddiaya görə, əsir götürülən əsgərlərin azad edilməsi yalnız aşağıdakı şərtlər daxilində mümkündür:

  1. Əl-Nüsrə Cəbhəsinin BMT-nin terror siyahısından çıxarılması,
  2. Suriyanın paytaxtı Şamın müxtəlif bölgələrinə humanitar yardımların təmin olunması,
  3. BMT əsgərləri ilə döyüşlər zamanı həlak olan Əl-Nüsrə üzvləri üçün BMT-nin əl-Nüsrə Cəbhəsinə təzminat ödəməsi.

Yalnız əsgərlərin azad edilməsi ilə bağlı xəbərlərdə bu barədə heç bir açıqlama verilməyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm