ABŞ xüsusi xidmət orqanları “Yahoo”nu cərimə ilə hədələyir
Bizi izləyin

Dünya

ABŞ xüsusi xidmət orqanları “Yahoo”nu cərimə ilə hədələyir

ABŞ xüsusi xidmət orqanları ilə “Yahoo” şirkəti arasında münaqişə böyüyür.

Publika.az xəbər verir ki, bu haqda kompaniyanın bloqunda məlumat verilib.

Məlumatda deyilir ki, dünyanın ən populyar internet-axtarış sistemlərindən olan “Yahoo” xeyli vaxtdır ki, ABŞ dövləti tərəfindən hədələnir. İndi isə kompaniyanı gündəlik olaraq 250 min dollar civarında cərimə gözləyir.

Səbəb isə sadədir. ABŞ Milli Təhlükəsizlik Agentliyi “Yahoo”dan istifadəçilərinin şəxsi məlumatlarını tələb edir.

“Yahoo”nun baş hüquqşünası Rona Belanın sözlərinə görə, 2007-ci ildə Birləşmiş Ştatlar qanunlara dəyişikliklər edib. Yeni qanunlara görə, xüsusi xidmət orqanları internet şirkətlərinin istifadəçilərinin şəxsi məlumatlarını tələb edə bilər. “Yahoo” kompaniyası isə bu tələblə razılaşmır və onu konstitusiyaya zidd sayır.

Xatırladak ki, məsələ ilə bağlı “Yahoo” ötən il Milli Təhlükəsizlik Agentliyini məhkəməyə verib. Proses hələ də davam edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm