“Liberal “beşinci kolon” Vladimir Putini devirmək istəyir” – Sensasion iddia
Bizi izləyin

Dünya

“Liberal “beşinci kolon” Vladimir Putini devirmək istəyir” – Sensasion iddia

Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti, Donetskdə döyüşən rusiyayönümlü silahlıların keçmiş rəhbəri İqor Strelkov (Qirkin ləqəbidir – Ö.D) sensasion bir iddia ilə çıxış edib.

Publika.az-ın “Nezavisimaya qazeta” nəşrinə istinadən verdiyi məlumata görə, rus zabit Donetsk vilayətində hücumun kəsilməsində Rusiya hakimiyyətindəki “beşinci kolon”u gunahlandırıb.

“Donetsk Xalq Respublikası” separatçı qurumun keçmiş “müdafiə naziri” İ.Srtelkov Moskvada brifinq keçirib. Ukrayna hakimiyyəti ilə separatçılar arasında imzalanan atəşkəs razılaşmasını tənqid edən rus zabit Rusiya prezidenti Vladimir Putinə birmənalı dəstəyini ifadə edib və Rusiyada “beşinci kolon”un dağıdıcı fəaliyyətindən danışıb.

“Kim deyə bilərdi ki, “özünümüdafiə qüvvələri” tezliklə əks-hücuma keçəcək və rəqibə ciddi və amansız məğlubiyyət yaşadacaqlar. “Donetsk Xalq Respublikası” silahlı qüvvələrinin vahiməyə düşmüş Ukrayna ordusuna hücumu Rusiya hakimiyyətində təmsil olunan “beşinci kolon” dayandırdı. Bu güclər SSRİ-ni dağıtdılar və indi yenidən baş qaldırıblar. Onlar “cəza verənlərə” yardım əli uzadaraq barışığa nail oldular”, - separatçıların keçmiş müdafiə naziri deyib.

O, Minskdə imzalanan sülh protokolu “biabırçı” adlandırıb. İ.Strelkov qeyd edib ki, Rusiyanın liberal “beşinci kolon”u Vladimir Putini devirmək istəyir.

İ.Strelkov həmçinin bildirib ki, “beşinci kolon”a qarşı mübarizədə öz yerini qiymətləndirərək seçim edib: "Rusiya üçün mübarizənin əsas cəbhəsi hazırda buradan keçir. Əmr alaramsa, Donbas hövzəsinə qayıtmağa hazıram, amma indi belə bir məsələyə baxmıram. Rusiyaya qarşı başlayan müharibədə, sözsüz ki, Putini dəstəkləyirəm”.

Rusiyalı zabit əmin olduğunu bildirib ki, “Malayziya hava yolları” şirkətinə məxsus “ Boinq-777” sərnişin təyyarəsini Donbas səmasında məhz Ukrayna ordusu vurub. O, bunun Rusiyaya qarşı əvvəlcədən hazırlanan provokasiya olduğunu bildirib.

Xatırladaq ki, Interia.pl xəbər portalına açıqlamasında publisist Rafal Zemkeviç də hakimiyyət daxilində Rusiya prezidentindən narazılığın olduğuna ehyam vurub. O bildirib ki, Ukrayna kampaniyası Rusiyanı və şəxsən Putini iflasa gətirib çıxaracaq: “Rusiya prezidentinin hərəkətləri Dövlət Təhlükəsizliyi Komitəsinin mahir hərəkətlərini xatırlatmır. O, qan axıdaraq, dünyanı nüvə silahı ilə qorxudaraq və Çinlə əlverişsiz razılaşmaları imzalayaraq hərəkət edir. Əgər Rusiyada həqiqətən də bu ölkəni güclü imperiyaya çevirməyə çalışan əvvəlki siyasi elitalar qalıbsa, onlara Putindən qurtulmaq lazım gələcək. Məsələn, “Qu quşu” metodunun tətbiqi ilə, yəni bədbəxt hadisə nəticəsində baş vermiş aviaqəzanın altında maskalanmış sui-qəsd. Bu da öz növbəsində yeni güclərin hakimiyyətə gəlişi, danışıqlar və münasibətlərin yaxşılaşması üçün perspektivləri açacaq. Xüsusi olaraq, Moskva və Varşava arasında”.

Oxşar ssenari ilə “Gazeta Wyborcza”nın baş redaktoru da çıxış edir. “Rusiya prezidentinin siyasəti ölkənin maraqlarına böyük zərbə vurur. Rusiya tarixində bir neçə dəfə baş verdiyi kimi, öz liderini “ləğv etmək” olar. Əgər Moskva elitası müharibə ilə Putin və ya Putinsiz sülh seçimi arasında qalarsa, onlar ikincini seçəcəklər", - baş redaktor Mixnik deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm