İstanbulda terrorçulara basqın – 15 HƏBS –VİDEO
Bizi izləyin

Dünya

İstanbulda terrorçulara basqın – 15 HƏBS –VİDEO

İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları Qazi məhəlləsində DHKP-C terror təşkilatına qarşı əməliyyat təşkil edib. Nəticədə hüquq-mühafizə orqanları ilə terrorçular arasında toqquşma baş verib. İstifadə edilən qaz bombaları vətəndaşlara da təsir edib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları Qazi məhəlləsində DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi) terror təşkilatına aid olduğu iddia edilən çoxlu sayda ünvana basqın edib.

Əməliyyatda indiyə qədər 15 nəfərin yaxalandığı bildirlib. Axtarış tədbirləri nəticəsində 2 tapança, 1 tüfəng və təşkilata aid çoxlu sayda sənədlər ələ keçirilib.

Xatırladaq ki, DHKP-C terror təşkilatı 1994-cü 30 mart tarixində Dursun Qaradaş tərəfindən yaradılıb. Məqsədi mövcud konstitusional sistemi silah gücünə devirərək yerinə Marksist-Leninist dəyərlərə əsaslanan bir sistem gətirməkdir. Türkiyə, Avropa və bəzi Orta Şərq ölkələrində aktivdir. ABŞ, AB, İngiltərə və Türkiyənin terrorçu təşkilatları siyahısındadır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm