• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Fransa prezidenti Putinlə Poroşenkonu görüşdürmək istəyir

  • Dünya
  • 12 Sentyabr 2014 14:55
  • 274 Baxış
Fransa prezidenti Putinlə Poroşenkonu görüşdürmək istəyir

Fransa prezidenti Fransua Olland Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etmək istəyir.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya prezidenti Vladimir Putinin dünənki telefon danışığını şərh edən F.Ollandın mətbuat xidməti bildirib.

“Fransa prezidenti Fransua Olland Donbas hövzəsində keçən həftə əldə olunmuş barışığın möhkəmləndirilməsi üçün Pyotr Poroşenko ilə Vladimir Putinin görüşünü ən tez zamanda təşkil etməyə hazırdır”, - Fransa prezidentinin mətbuat xidmətinin xəbərində deyilir.

Xatırladaq ki, may ayında Ukrayna prezidenti seçilən P.Poroşenko V.Putinlə iki dəfə görüşüb.

Dövlət başçılarının birinci görüşü iyun ayında Normandiyada keçirilibsə, ikinci görüş ötən ay Minskdə baş tutub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR