İŞİD-ə qarşı müharibəyə amerikalı general başçılıq edəcək
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı müharibəyə amerikalı general başçılıq edəcək

Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əvvəlki hesablamaları ilə müqayisədə “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvləri üç dəfə artıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, MKİ-nin mətbuat xdimətinin rəhbəri Rayana Trapani İraq və Suriyada İŞİD-in sıralarında vuruşan cıhadçıların sayının 20 mindən 30 minə qədər olduğunu bildirib.

R.Trapani İŞİD sıralarındakı döyüşçülərin sayının artmasını təşkilata iyun ayında qoşulanların çoxalması və xilafətin elan edilməsi ilə izah edib. Xatırladaq ki, MKİ-nin sonuncu hesabatı may ayında açıqlanmışdı. Həmin vaxt İŞİD üzvlərinin sayı 10 min olaraq göstərilmişdi.

Məlumata görə, İŞİD-ə qarşı mübarizə aparacaq koalisiyanın əməliyyatlarını amerikalı general Con Allen koordinasiya edəcək. General koalisiya qüvvələrinin maliyyə və maddi-texniki təminatı, şəxsi heyətin döyüş hazırlığı, döyüş sursatlarının çatdırılması, hərbi əməliyyatlar zamanı koalisiya üzvləri arasında vəzifə bölgüsünün aparılması işləri ilə məşğul olacaq.

Bildirilir ki, Con Allen İraq və Əfqanıstanda da bu işlə məşğul olub. O, səkkiz il əvvəl İraqda “Əl-Qaidə” terror təşkilatına qarşı əməliyyatlara başçılıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm