Əsəd ordusu insanları diri-diri basdırır – VİDEO / 18+
Bizi izləyin

Dünya

Əsəd ordusu insanları diri-diri basdırır – VİDEO / 18+

İnternetdə yayılan bir videodan Əsədin ordusunun insanları diri-diri basdırdığı görünür.

Publika.az xəbər verir ki, İraqda İŞİD (İraq Şam İslam Dövləti – red.) terroru ilə bərabər, Suriyada da Əsəd terroru davam edir. Belə ki, Əsədin ordusu ona qarşı döyüşən müxaliflərlə bərabər xalqa da divan tutur. Çəllək bombasından, kimyəvi silahdan istifadə etməklə bərabər, onlar insanları diri-diri basdırmaqdan da çəkinmirlər.

Təqdim etdiyimiz videonun Suriyada çəkildiyi güman edilir. Amma onun hansı şəhərdə və nə vaxt çəkilməsi barəsində heç bir məlumat yoxdur. Videodan göründüyü kimi, əsgərlər xəndək qazaraq bir neçə insanı diri-diri onun içərisinə girməyə məcbur edirlər. Daha sonra isə adamların üstlərinə torpaq tökərək basdırırlar.

Ürəyi zəif olanların baxmaması məsləhətdir:

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm