Rusiyadan ABŞ-a xəbərdarlıq: Dəməşqdən icazəsiz olmaz
Bizi izləyin

Dünya

Rusiyadan ABŞ-a xəbərdarlıq: Dəməşqdən icazəsiz olmaz

Rusiya ABŞ-ın İŞİD-ə qarşı Dəməşq rəhbərliyindən icazə almadan və ya BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı olmadan Suriyada hava hücumuna başlamasını Suriyaya qarşı hücum olaraq qiymətləndirəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə Moskvada təşkil olunan mətbuat konfransında danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç deyib. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquq normalarını pozmamalıdır:

“ABŞ prezidenti rəsmi Dəməşqdən icazə almadan bu ölkədə İŞİD-ə qarşı hava hücumlarına başlaya bilməz. BMT TŞ-nin icazəsi olmadan ABŞ bu addımı atarsa, bu, beynəlxalq hüququn ən böyük ölçüdə pozuntusu olacaq”.

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov da ABŞ-ın Suriyada əməliyyatlara başlamasını qanunsuz adlandıraraq ordunun Əsəd qüvvələrinə qarşı əməliyyatlara başlayacağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm