Avropa eston agentin azad olunmasını tələb etdi
Bizi izləyin

Dünya

Avropa eston agentin azad olunmasını tələb etdi

Avropa Birliyi Rusiya xüsusi təyinatlılarının Estoniya təhlükəsizlik polisinin əməkdaşı Eston Koxveri saxlanmasını insan oğurluğu və qaçırılması hesab edir və Rusiyadan onu dərhal sərbəst buraxmağı tələb edir.

Axar.az RİA Noovosti-yə istinadən xəbər verir ki, Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton sentyabrın 5-də eston polisinin əməkdaşı Eston Koxverin Estoniyanın Rusiya sərhədi yaxınlığında Rusiya xüsusi təyinatlıları tərəfindən oğurlanmasından çox narahat olduqlarını dilə gətirib. “Rusiya Federasiyasının bu kimi hərəkətləri sərhədlərin toxunulmazlığına dair beynəlxalq hüquq və prinsiplərə ziddir”, - Eştonn deyib.

Ali nümayəndə qeyd edib ki, AB nümayəndə heyəti Moskvada Rusiya hökuməti ilə əlaqə saxlayıb və bu məsələnin dərhal həllini tələb edib:

“Biz cənab Koxverin dərhal azad edilməsini və təhlükəsiz şəkildə Estoniyaya qaytarılmasını tələb edirik”.

Xatırladaq ki, Rusiya FTX ictimai əlaqələr mərkəzi sentyabrın 5-də xəbər təhlükəsizlik polisinin əməkdaşı Eston Koxverin Pskov vilayəti ərazisində saxlanıldığını bildirmişdi. Bu zaman onun üzərində qeydləri gizlətmək üçün xüsusi texnika, “Taurus” tapançası və beş min avro aşkar edilmişdi.

Rusiya xüsusi xidmət orqanlarının rəyinə görə, Estoniya DİN təhlükəsizlik polisi departamentinin agentura əməliyyatının qarşısı alınıb. Moskvanın Lefortovo məhkəməsi sentyabrın 6-da Koxverə qarşı iki aylıq həbs qərarı çıxarıb. Sentyabrın 11-də isə Rusiyada aparıılan istintaq-təhqiqat işləri nəticəsində Koxver casusluqda ittiham edilib.

Eston tərəfinin versiyasına görə, Koxver cümə günü səhər Estoniya ərazisində Pskov vilayəti ilə sərhəddə yerləşən Luxama sərhəd məntəqəsinin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanıb və silahla zor tətbiq edilərək Rusiyaya gətirilib. Estoniya təhlükəsizlik polisi əmin edir ki, onun əməkdaşı transərhəd cinayətinin qarşısını almaq üzrə xidməti vəzifəsini yerinə yetirirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm