Çubarovdan müdhiş çıxış: “Ukrayna nə özünü, nə də bizi qorudu”
Bizi izləyin

Dünya

Çubarovdan müdhiş çıxış: “Ukrayna nə özünü, nə də bizi qorudu”

“Ukrayna nə özünü, nə ərazisini, nə də hazırda ölümlə üz-üzə qalan Krım tatarlarını qoruya bildi”.

Axar.az Politnavigator.net saytına istinadən xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Məclisinin sədri Refat Çubarov çıxış edib. O, Krım tatarlarının hazırda Ukrayna heç bir şey edə bilmədiyinə görə ölümlə üz-üzə qaldıqlarını deyib:

“Bu, böyük problemdir. Çünki başkəsənlərin 10%-i əllərində silah küçəyə çıxsalar, hüquq mühafizə orqanları öz işlərini yerinə yetirməyəcəklər. Sizin haqqınız yoxdur ki, əliyalın insanlardan başkəsənlərlə mübarizə aparmağı tələb edəsiniz. Krıma fevralın 27-də oğrular və hərbçilər gəldilər. Stavropol əyalətindəki kazaklar adlanan oğrular əllərində avtomatla birgə gəlmişdilər. Bu QRU üzvləri idi. Amma Krımda ordu var idi və o aqressora heç bir cavab vermədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm