Kremlə xəbərdarlıq: “Rusiya qazı olmadan 9 ay keçinə bilərik”
Bizi izləyin

Dünya

Kremlə xəbərdarlıq: “Rusiya qazı olmadan 9 ay keçinə bilərik”

“Avropa Birliyi Rusiya qazı olmadan 9 ay keçinə bilər”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Varşavada Avropa parlamentinin deputatı Yatsek Sariuş-Volski deyib.

O, qeyd edib ki, Avropa İttifaqı Rusiya Federasiyasına təsir etmək üçün böyük arsenalına malikdir. Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın kəsilmə ehtimalına gəlincə, avropalı deputat bildirib ki, şəxsi resurslar və alternativ təchizatçılar hesabına Avropa İttifaqı doqquz ay ərzində Rusiya qazı olmadan keçinə bilər. O, alternativ mənbələrin Əlcəzair və Norveç təbii qazı, o cümlədən ABŞ-ın şist qazı olduğunu qeyd edib.

O, Rusiya büdcəsinin enerji ehtiyatlarının satışından asılı olduğunu xatırladaq vurğulayıb ki, Moskvanın təbii qazı kəsəcəyi inandırıcı deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm