Ukraynada müharibə yenidən başladı - Rus ordusu hücuma keçdi
Bizi izləyin

Dünya

Ukraynada müharibə yenidən başladı - Rus ordusu hücuma keçdi

Ukraynanın Donbas hövzəsində Rusiya qoşunları antiterror güclərinə atəş açmağa başlayıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentina Nalivayçenko bildirib.

“Bu gün Donetsk vilayətinin Starobeşevo rayonunda və Luqansk vilayətinin bəzi rayonlarında Rusiya qoşunlarının geri çəkilməsi prosesi dayanıb. Rusiya qoşunları Ukrayna hərbi qulluqçularına atəş açmağa başlayıb”, - Nalivayçenko deyib.

Xatırladaq, bu gün Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının analitik-informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko da Rusiya qoşunlarının Ukraynadan çıxarılması prosesininin dayandırıldığını təstiqləmişdi.

Rusiya prezidenti Vladimir Putin isə Avropa Birliyi və ABŞ-ın yeni sanksiyalarını şərh edərkən bunun Ukraynanın şərqində atəşkəs rejiminə zərər verdiyi xəbərdarlığı etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm