• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Eks-prezident: “Donbasda Moskvanın mövqeyi nəzərə alınmalıdır”

  • Dünya
  • 13 Sentyabr 2014 00:20
  • 352 Baxış
Eks-prezident: “Donbasda Moskvanın mövqeyi nəzərə alınmalıdır”

Üçtərəfli əlaqə qrupunun Donbas münaqişəsi üzrə növbəti danışıqları gələn həftə Minskdə keçirilə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə üçtərəfli əlaqə qrupunda Ukraynanı təmsil edən keçmiş prezident Leonid Kuçma bildirib.

Kuçmanın sözlərinə görə, həmin vaxta müvafiq sənədlər hazırlanmalıdır.

O, həmçinin əlavə edib ki, Donbas hövzəsinin problemləri Rusiyanın mövqelərini nəzərə alınmaqla həll edilməlidir. Keçmiş prezident bildirib ki, Donbas hövzəsinin bərpası üzrə xərclərin əsas hissəsi Ukraynanın büdcəsindən ayılacaq.

"Ukraynanın rəhbərliyi anlayır ki, xərclərin əsas yükü Ukrayna dövlətinin üzərinə düşür. Ukraynadan başqa heç kim, həmçinin Rusiya məktəblərin bərpası üçün gəlməyəcək”,- Kuçma deyib.

Xatırladaq ki, Kuçma problemin həlli üçün aparılan danışıqlarda Rusiya prezidenti Vladimir Putin birbaşa iştirakı qəbul edilməli olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR