Əhməd Davudoğlu: “İŞİD-in əlindəki silahlar ABŞ-ındır”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu: “İŞİD-in əlindəki silahlar ABŞ-ındır”

Türkiyə baş naziri Əhməd Davudoğlu qatıldığı bir televiziya proqramında gündəmlə bağlı açıqlamalar verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İŞİD probleminə toxunan baş nazir həlli gecikən problemlərin daha böyük problemləri özü ilə gətirdiyini bildirib.

“Biz 4 ildir ki, Suriya probleminin həlli üçün bütün müttəfiqləri və bölgə ölkələrini hərəkətə keçməyə çağırdıq. Bu bölgədəki strukturlar çox kövrəkdir. Bir dəfə sarsılmağa başlayarsa, zəlzələ fay xətləri ilə digər yerlərə sürətlə yayılır. Suriya böhranının tezliklə həll edilməsi lazımdır. Çünki Suriya strateji baxımdan bölgənin ən əhəmiyyətli ölkəsidir. Niyə? Çünki bir tərəfdən İraq, bir tərəfdən Livan, bir tərəfdən isə Fələstin və İsrailə qonşudur”, - Ə.Davudoğlu deyib.

Türkiyə baş naziri ABŞ-ın bölgədə buraxdığı silahların İŞİD-in əlinə keçdiyini vurğulayıb: “Bütün dost ölkələrə müxalifəti dəstəkləyin çağırışı edilərkən müxalifətə verilən silahların başqalarının əlinə keçməsi ilə bağlı narahatlıq var idi. Amma indi ABŞ-ın İraqda qoyduğu silahlar İŞİD-in əlinə keçdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm