
BMT-nin Ərzaq Proqramı Ukraynanın şərq regionuna ərzaq
yardımı çatdırılmasını davam etdirir.
Yardımlar Donetsk və Luqansk şəhərlərinin ictimai sığınacaqları və
nəqliyyat mərkəzlərində paylanır.
Bu ayın əvvəllərində start verilən proqram insanları 5 gün ərzində
2000 adama kifayət edən 10 min gündəlik porsiya ilə təmin edib.
Agentlik ayın axırınadək 5 gün ərzində 18 min insanı yeməklə təmin
etməyi planlaşdırır.
Ərzaq yardımı əsasən yaşlı, hamilə, xəstələr, süd verən analar və
yoxsul ailələrə şamil edilir.
Oktyabr ayında təşkilat yarım milyon dollarlıq ərzaq talonları ilə
10 min insanın ərzaq almasına yardım göstərəcək.
BMT-nin Qaçqınlar Agentliyi Ukraynada 310 min insanın evlərindən
didərgin düşdüyünü bildirir. Rəsmilər isə bu göstəricinin 2 dəfə
artıq olduğunu deyir.
Ukraynaın hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında
gedən döyüşlər nəticəsində 2600 insan həlak olub.
VOA