Prezidentin otağının divarına nə yazılıb? (FOTO)
Bizi izləyin

Dünya

Prezidentin otağının divarına nə yazılıb? (FOTO)

Ötən gün Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Baş qərargah rəisi Necdet Özel və digər komandirləri qəbul edib.

ANS PRESS-in xəbərinə görə, ölkə prezidenti ilə generalların görüşü 1.5 saat davam edib. Mətbuata qapalı keçən görüş vaxtı jurnalistlərin diqqətini divarda asılmış xəttatlıq nümunəsi cəlb edib.

Məlumata görə, Ərdoğanın komandirləri qəbul etdiyi otağın divarında asılmış lövhədə ərəb dilində “Aleykə Avnullah” (Allahın yardımı üzərinə olsun) yazılıb.

Bəzi yerli mətbuat hesab edir ki, “Çankaya” köşkündəki otaqlardan birinə bu cür lövhə asılması Türkiyədə ən yuxarı səviyyədə ideologiyanın dəyişilməsindən xəbər verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm