• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukraynada növbəti istefa

  • Dünya
  • 13 Sentyabr 2014 07:11
  • 432 Baxış
Ukraynada növbəti istefa

Ukrayna xarici işlər nazirinin müavini Daniil Lubkivski istefa vermək barədə qərar qəbul edib.

ANS PRESS-in məlumatına görə, UNN agentliyi xəbər verir ki, bu barədə o öz feysbuk səhifəsində yazıb.

“Bu gün Brüseldə xarici işlər naziri Pavel Klimkinin razılaşdırılmış mraciəti mənim üçün gözlənilməz oldu. Ola bilər buna rasional və praktik aydınlatmalar gələcək. Nə vaxtsa bizim də müstəqilliyimizə güclü arqumentlər gətirilirdi. Qəbul edilən müraciət hamıya səhv siqnal verir: aqressora, müttəfiqlərə, və ən əsası Ukrayna vətəndaşlarına. Seçki təxirə salınmır, əks təqdirdə o- seçki deyil”- deyə siyasətçi feysbukda qeyd edib.

Daha sonra Lubkivski bildirir ki, XİN müavini vəzifəsindən istefa verməyi qərara alıb.

“Və xahiş edirəm ki, nazirlər kabineti mənim qərarımı dəstəkləsinlər. Müasir Ukrayna diplomatiya xidməti dövrünün ən yaxşısı olan əməklərinə görə əziz həmkarlarıma təşəkkür etmək istərdim”- deyə Lubkivski bildirib.

Qeyd edək ki, Daniil Lubkivski xarici işlər Naziri müavini vəzifəsində 2014-cü ilin 6 martından bu yana işləyir. Həmin ilin aprelin 15 tarixindən o YUNESKO üzrə milli Ukrayna komissiyasının başçısı, YUNESKO-nun İcra şurasında Ukrayna təmsilçisi vəzifəsində çalışır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR