ABŞ "İŞİD"ə müharibə elan etdi
Bizi izləyin

Dünya

ABŞ "İŞİD"ə müharibə elan etdi

Ağ ev rəsmi şəkildə qondarma “İslam Dövləti” («İD») ilə müharibədə olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Ağ evin rəsmi nümayəndəsi Coş Ernest, ABŞ-ın “Əl-Qaidə" ilə olduğu kimi “İŞİD”lə də müharibə vəziyyətində olduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Con Kerri bildirmişdi ki, ABŞ "İŞİD"lə müharibə vəziyyətində deyil və ölkənin bu yöndə fəaliyyəti antiterror əməliyyatı kimi qiymətləndirilməlidir.

Lakin, Pentaqonun sözçüsü, general Con Kirbi də müxbirlərlə söhbəti zamanı deyib ki, "İŞİD"ə qarşı müharibə “Əl-Qaidə” ilə müharibə şəklində davam edəcək.

Eləcə də ABŞ prezidenti Barak Obama bildirib ki, Birləşmiş Ştatlar terrorçu qruplaşma olan “İŞİD”lə mübarizədə geniş koalisiya yaradır.
Bundan əlavə ABŞ prezidenti Barak Obama general Con Alleni "İŞİD"lə mübarizəyə koordinator təyin edib.

Dəniz donanmasının təqaüddə olan generalı Allen 2007-ci ildə sünnilərin “Əl-Qaidə”yə qarşı mübarizəsi zamanı aparıcı rol oynamış, daha sonra Əfqanıstanda ABŞ-ın yüksək rütbəli komandiri kimi xidmət göstərmişdi.

Daha əvvəl ABŞ dövlət katibi Con Kerri Suriyada vətəndaş müharibəsindən zərər çəkənənlərəə 500 miliyon dollarlıq yardım göstəriləcəyini elan edib.

Kerri açıqlamanı cümə günü Türkiyədə verib. O, Türkiyədə, Suriya və İraqda "İŞİD" qrupuna qarşı döyüşlər aparmaq üçün beynəlxalq dəstək əldə etməyə çalışır.

250 miliyon dollarlıq humanitar yardım qonşu ölkələrə qaçmiş üç miliyon Suriyalı qaçqınlara kömək məqsədi ilə göndəriləcək. Yardımın qalan hissəsi isə Suriya daxilindəki məcburi köckünlərə göstəriləcək.

Birləşmiş Millətlər Təşkilatı Suriya əhalisinin yarısının vətəndaş müharibəsi nəticəsində ölkəni tərk etdiyini bildirir.

Kerri dünyanı qətliamlar və etnik təmizləmə ilə sarsıdan İŞİD qrupuna qarşı mübarizədə qlobal koalisiya qurmaq üçün uzun səfərə çıxıb.

Türkiyə ABŞ-ın terroçularla məğlub etmək planını imzalamayıb.

Danışıqlarda 10 ərəb ölkəsi iştirak edib. Onlar ABŞ-ın İslam Dövləti qrupunu Suriya və İraq daxil olmaqla, harada olmalarından aslı olmayaraq darmadağın etməsinə kömək edəcəklərinə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm