1 milyon insan didərgin düşdü
Bizi izləyin

Dünya

1 milyon insan didərgin düşdü

İraq ordusunun Diyala vilayətində İŞİD-ə qarşı həyata keçirdiyi hava hücumlarında terrorçuların itki verdiyi bildirilib.

ANS PRESS-in məlumatına görə, Diyala vilayətinin mərkəzində baş verən İraq ordusu ilə İŞİD qarşıdurmasında 5 nəfər terrorçu məhv edilib. Bu barədə Diyala vilayəti polis rəisi general Cəmil əş-Şəmri məlumat verib.

Başqa bir hücumu isə İŞİD silahlıları Diyalanın Əs-Sadiyə bölgəsinə ediblər. Onlar burada 7 nəfər dinc sakini qətlə yetiriblər.

Uzun müddətdir qarşıdurmalar davam edən İraqda bəzi şəhərlər artıq terrorçuların nəzarəti altındadır. Bir milyondan çox insan isə baş verən hadisələrdən canını qurtarmaq məqsədilə öz ev-eşiklərindən didərgin düşüb. Silahlı qrupların nəzarətindəki yerləri geri qaytarmaq istəyən İraq ordusu ilə İŞİD arasında tez-tez qarşıdurmalar baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm