Dünya
Terrorçulara ikiqat zərbə
Nigeriyada terror aktları törətməkdə davam edən
“Boko-Haram” terror təşkilatı qarşıdurmalarda itiki ilə
üzləşib.
ANS PRESS-in məlumatına görə, Nigeriyanın şimal-şərqində yerləşən
Borno ştatında “Boko-Haram” terror qruplaşması ilə ordu qüvvələri
arasında şiddətli qarşıdurma yaşanıb. Qarşılıqlı döyüş nəticəsində
qruplaşmanın 80 üzvü məhv edilib.
Bana ştatının edilən hücumlardan sonra terrorçuların Konduqa
şəhərinə hücum edəcəkləri barədə məlumat əldə edən ordu qüvvələri
dərhal hücumun qarşısını alıblar.
Ordu “Boko-haram”çıların bir sıra avtomobillərini də yararsız hala
gətirməklə onlara ikiqat zərbə vurublar.
Xatırladaq ki, BMT tərəfindən terror təşkilatları siyahısına daxil
edilən "Boko Haram" qruplaşması aprelin 14-də Nigeriyanın Şibok
şəhərində olan bir məktəbə hücum edərək, orada təhsil alan 276 qızı
qaçırması ilə dünya gündəmində səs salmışdı. Nigeriyanın
şimal-şərqindəki Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram"
silahlılarının təkcə bu il təşkil etdiyi hücumlarda 2 minə yaxın
adam ölüb.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ